Azərbaycan, Türkiyə və Gürcüstanın XİN başçılarının görüşü gələn həftə Bakıda keçiriləcək
12.7.2017

Bakıda gələn həftə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin - Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Mixeil Canelidzenin üçtərəfli görüşü keçiriləcək.
Bu barədə diplomatik mənbələrə istinadən xəbər verilir.
Görüş iyulun 18-19-na planlaşdırılır.
"Hələlik nazirlərin görüşünün proqramı hazırlanır. Müəyyən dəyişikliklər də mümkündür", - diplomatik mənbə bildirib.
Üç ölkənin XİN başçısı Bakıda regional və üçtərəfli əməkdaşlıq məsələlərini, eləcə də üç ölkə tərəfindən həyata keçirilən layihələri müzakirə etmək niyyətindədir.

report.az