Bəstəkar Ceyhun Allahverdiyevin yaradıcılıq gecəsi keçiriləcək
12.7.2017

İyulun 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar, Əməkdar İncəsənət Xadimi Ceyhun Allahverdiyevin yaradıcılıq gecəsi keçiriləcək.

Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası və solistlər müşayiət edəcək. Konsertin solisti Əməkdar Artist Gülnaz İsmayılova (soprano) bəstəkarın əsərlərindən ibarət bir sıra kompozisiyalar səsləndirəcək.

Orkestrlərin bədii rəhbərləri və dirijorları Xalq artistləri Fəxrəddin Kərimov və Gülbacı İmanovadır.

azertag.az