Yeni “Lenovo” qurğularının təqdimat tarixi məlum olub
11.7.2017

"Lenovo” şirkəti sentyabrın 1-6-da Berlində keçiriləcək “IFA 2017” sərgisinin açılışı ərəfəsində baş tutacaq tədbirin tarixini rəsmən açıqlayıb. Yeni qurğuların avqustun 31-də nümayişi planlaşdırılır.

“Ferra” resursuna istinadən xəbər verilir ki, sərgidə hansı “Lenovo” məhsullarının nümayiş olunacağı barədə məlumat verilmir.

Buna baxmayaraq, “Yoga” seriyalı yeni noutbukların, smartfonların, eləcə də “Moto Z” smartfonları üçün “Moto Mod” funksional panelinin təqdim ediləcəyi ehtimal edilir.

azertag.az