“Nikoil Bank” yeni xidmətini istifadəyə verib
11.7.2017

“Nikoil Bank” ASC hüquqi şəxslər və fərdi sahibkarlar üçün "SMS-banking" xidmətini istifadəyə verib.
Bu barədə Banka istinadən xəbər verilir.
"SMS-banking" xidməti banka gəlmədən, evdən və ya ofisdən çıxmadan, xaricdə olarkən 24 saat ərzində hesabın balansına və hesab üzrə əməliyyatlara mobil telefona daxil olan mesaj vasitəsilə nəzarət etməyə imkan yaradır. SMS-bankçılıq pul vəsaitlərinin hesaba mədaxili (köçürmələr), pul vəsaitlərinin hesabdan köçürülməsi, cari nağd vəsaitin hesaba artırılması, hesab üzrə cari qalıq haqqında xəbərdarlıq almaq imkanı verir.
"SMS-banking" xidmətinə qoşulmaq üçün ərizə yazıb onu müştərinin xidmət olunduğu Bankın bölməsinə təqdim etmək lazımdır.

report.az