Azərbaycan qadınların parlamentdə təmsil olunması baxımından Cənubi Qafqaz ölkələri arasında liderdir
11.7.2017

Azərbaycan qadınların parlamentdə təmsil olunması baxımından Cənubi Qafqaz ölkələri arasında liderdir.
Bu barədə BMT-nin "Women in Politics" adlı hesabatında deyilir.
Hesabata əsasən, Azərbaycan parlamentdə qadınların sayının kişilərin sayına nisbəti sıralamasında 194 ölkə arasında 118-ci yeri tutub. Azərbaycanın qonşuları arasında Gürcüstan 124-cü, Rusiya 129-cu, Türkiyə 132-ci, Ermənistan 160-cı sırada qərarlaşıb.
Bu siyahıda lider mövqelərdə Ruanda və Boliviya yer alıb. Bu ölkələrdə deputat kreslolarının yarıdan çoxu zərif cinsin nümayəndələrinə məxsusdur.
Qeyd edək ki, Azərbaycanda Milli Məclisin 125 deputatından 21-i qadındır.


report.az