“İnter” - “Fola Eş” oyununu idarə edəcək hakimlər açıqlanıb
10.7.2017

Bakının “İnter” komandasının futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsində Lüksemburq təmsilçisi “Fola Eş” ilə ilk oyununu idarə edəcək hakimlər açıqlanıb.
UEFA-nın rəsmi saytına istinadən verilən məlumata görə, iyunun 12-də “Dalğa Arena”da baş tutacaq görüş israilli ədalət təmsilçilərinə həvalə olunub.
Matçın referisi Eytan Şmuleviçdir. Ona Nisan Davidi və Saqi Mazamber kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Daniel Bar-Natan yerinə yetirəcək.
Qeyd edək ki, “İnter” - “Fola Eş” qarşılaşması saat 20:00-da başlayacaq.

report.az