“Böyük-20”liyin növbəti zirvə toplantılarının keçiriləcəyi ölkələr məlum olub
10.7.2017

“Böyük-20”liyin (“G-20”) növbəti zirvə toplantıları 2019-cu ildə Yaponiyada, 2020-ci ildə isə Səudiyyə Ərəbistanında keçiriləcək.

Qeyd edək ki, “G-20”liyə ABŞ, Avstraliya, Argentina, Almaniya, Britaniya, Braziliya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Meksika, Çin, Rusiya, Türkiyə, Fransa, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Yaponiya, Səudiyyə Ərəbistanı və Avropa İttifaqı daxildir. Liderlər gələn il, 2018-ci ildə Argentinanın Buenos-Ayres şəhərində görüşəcək.

report.az