Naxçıvanda iranlı fotoqrafın sərgisi təşkil olunacaq
10.7.2017

Naxçıvanda "Müasir İran mədəniyyətinin görkəmli nümayəndələri" adlı sərgi təşkil olunacaq.
İranın Naxçıvandakı baş konsulluğundan verilən məlumata görə, sərgi 11-15 iyul tarixlərində NRB Bəhruz Kəngərli adına sərgi salonunda keçiriləcək.
Sərgidə Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil vilayətlərindən olan bir çox mədəniyyət və incəsənət nümayəndələrinin, o cümlədən də, rəssamlar, yazıçılar, şairlər, musiqiçilər və s. kimi sahələrdən olan görkəmli və tanınmış şəxslərin foto şəkilləri nümayiş olunacaq.
Fotolar İranın tanınmış fotoqrafı olan Paşa Hadiyan tərəfindən ağ - qara üslubda hazırlanıb. Fotolarda müasir İran mədəniyyətinin görkəmli və məşhur şəxslərinin incəsənət həyatı öz əksini tapıb.


report.az