Bakıda Rusiyanın aparıcı universitetlərinin iştirakı ilə təhsil sərgisi keçiriləcək
7.7.2017

Bakıda Rusiya aparıcı universitetlərinin iştirakı ilə təhsil sərgisi keçiriləcək.
Sərgi "Rossotrudniçestvo" və "RUSSIA.STUDY" təşkilatının təşkilati dəstəyi ilə baş tutacaq.
Tədbirdə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Sankt-Peterburq Dövlət Universiteti, N.İ.Piroqov adına Rusiya Milli Tibbi Tədqiqat Universiteti də daxil omaqla, Rusiyanın 30-dan çox aparıcı ali məktəbi iştirak edəcək.
Tədbirdə qonaqlar Rusiyada pulsuz ali təhsil almağın yolları, ödənişli əsaslarla təhsil alarkən qiymətlər və şərtlər, Rusiyanın aparıcı ali təhsil ocaqlarında məsləhət almaq və 2017 və 2018-ci illərdə universitetlərə daxil olmaqla bağlı bütün məsələlər barədə məlumat əldə edəcək.

report.az