"Zirə" səfərdə də qalib gəldi
7.7.2017

Azərbaycanın "Zirə" futbol klubu UEFA Avropa Liqasının ilk təsnifat mərhələsi çərçivəsində Lüksemburqun "Differdanj 03" klubu ilə qarşılaşıb.

Oyun Myvideo TV-nin (KATV1 və Myvideo.az internet saytı) efirində canlı yayımlanıb.

Görüş "Zirə" klubunun 2:1 hesabı ilə qələbəsi ilə yekunlaşıb.

İlk qolu oyunun 10-cu dəqiqəsində ev sahiblərinin oyunucusu David Vanderbroyek vurub. Oyunun 63-cü dəqiqəsində David Manqa Lembe tarazlığı bərpa edib. 5 dəqiqə sonra Riçard Qadze "Zirə"ni irəli çıxarıb.

trend