"İnter" də növbəti mərhələdə
7.7.2017

Bakının “İnter” futbol klubu UEFA Avropa Liqasının ilk təsnifat mərhələsi çərçivəsində “Dalğa Arena”da Serbiyanın “Mladost” komandasını qəbul edib.

Oyun 2:0 hesabı ilə qələbəsi ilə təmsilçimizin xeyrinə yekunlaşıb.

İlk qolu oyunun 23-cü dəqiqəsində Denis Silva Cruz "İnter"i irəli çıxarıb. Oyunun 74-cü dəqiqəsində komandamızın kapitanı Nizami Əliyev baxımlı qol vuraraq oyunda yekun hesabı müəyyən edib - 2:0.

Beləliklə, “İnter” futbol klubu UEFA Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb.

trend