M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialında qəbul imtahanları başlandı
7.7.2017

Əvvəlcədən elan olunduğu kimi bu il Moskva Dövlət Universitetinin (MDU) Bakı Filialına qəbul olmaq istəyən abituriyentlər üçün iyul ayının 7-dən 12-dək qəbul imtahanları keçirilir.

Bu tədris ilində Filialın altı fakültəsinə - tətbiqi riyaziyyat, fizika, filologiya, kimya, psixologiya və iqtisadiyyat fakültələrinə tələbə qəbulu aparılır. Qəbul qaydalarına görə, qəbul imtahanlarında Dövlət İmtahan Mərkəzinin keçirdiyi test imtahanının birinci mərhələsində 300 və daha çox bal toplayan abituriyentlər iştirak etmək hüququ qazanıblar.

Qəbul imtahanlarını ənənəvi olaraq, M.V.Lomonosov adına MDU-nun professor və müəllim heyətindən təşkil olunmuş qəbul komissiyası həyata keçirir.

M.V.Lomonosov adına MDU-nun Bakı Filialının tələbəsi adını qazanmaq istəyən bütün abituriyentlərə uğurlar arzulayırıq.

trend