DİM iyulun 5-də keçirilmiş imtahanların nəticələrini açıqlayıb
7.7.2017

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 5-də keçirilmiş imtahanların nəticələrini elan edib.
DİM-dən verilən məlumata görə, imtahanların nəticələri mərkəzin internet saytında yerləşdirilib. İmtahanda iştirak etmiş abituriyentlər (şagirdlər) DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.
Abituriyentlər (şagirdlər) imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə də öyrənə bilərlər.
Nəticələrə əsasən:
– ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün qeydiyyatdan keçmiş 17928 abituriyentdən 3295 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 14633 abituriyentdən 14 nəfəri imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.
– Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün qeydiyyatdan keçmiş 4886 abituriyentdən 1027 nəfəri imtahana gəlməyib.
– Eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş və üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan IX sinif və XI sinif şagirdlərinin də nəticələri saytda yerləşdirilib.


report.az