Azərbaycanlı müğənni İsraildə konsert verib
6.7.2017

Azərbaycanlı müğənni Miriyam Hacıyeva İsraildə konsert verib.
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasından (Azİs) verilən məlumata görə, solistin çıxışı Qüds Musiqi Akademiyasının səhnəsində baş tutub.
Konsertdə o, Motsart, Verdi, Raxmaninov, Rimski-Korsakov, Leqar, Tsvi Ben-Yosef, Yoel Engelin əsərlərini ifa edib.
Qeyd edək ki, M.HAcıyeva Qüds Musiqi Akademiyasının magistridir.


report.az