Bakıda 5-ci “CEO Lunch” keçirilib
6.7.2017

“Caspian European Club” və “Caspian American Club” Bakıda sayca 5-ci “CEO Lunch” təşkil edib.
Bu barədə Klub sədrinin 1-ci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Onun sözlərinə görə, “networking”in aparıcı vasitəsi olan “CEO Lunch” şirkət rəhbərlərinin qeyri-rəsmi şəraitdə ünsiyyətinə imkan yaratmaq və əlaqələr qurmaq məqsədilə, hər ayın üçüncü çərşənbə günü “CEİBC” şirkətlərinin top-menecerlərinin iştirakı ilə təşkil olunub. Növbəti belə tədbir sentyabrın 20-də “Caspian Energy Transport Forum” və “Caspian Energy İST Forum” çərçivəsində keçiriləcək. Sentyabrın 29-da isə Tbilisidə (Gürcüstan) 1-ci “CEO Lunch” baş tutacaq və sonradan hər ayın sonuncu cümə günü bu şəhərdə keçiriləcək.


report.az