AMEA institutlarına təyinatlar
6.7.2017

Azərbaycan Milli Elmlər Akademiyası bəzi institutlarına yeni təyinatlar olub.
Təyinatlar barədə qərar Rəyasət Heyətinin bugünkü iclasında qəbul edilib.
Rəyasət Heyətinin qərarı ilə hüquq üzrə elmlər doktoru Aytən Mustafayeva AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru vəzifəsinə təsdiq edilib. Texnika üzrə elmlər doktoru Hikmət İbrahimov AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli isə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifələrinə təyin olunublar. Elçin Seyfullayev isə AMEA Rəyasət Heyəti aparatı Beynəlxalq Əlaqələr İdarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilib.


publika.az