Bakıda Frida Kalo və Dieqo Riveraya həsr olunan fotosərgi keçiriləcək
4.7.2017

Bakıda XX əsrin iki dünya şöhrətli meksikalı rəssamı - Frida Kalo və Dieqo Riveraya həsr olunan fotosərgi keçiriləcək.
Meksikanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, "Yol ortasında gülüş" adlı sərgi iyulun 6-da Landmarkda keçiriləcək.
Fotosərgidə iki məşhur rəssamın sevgi və yaradıcılıq həyatının tarixini əks etdirən fotolar nümayiş etdiriləcək.

report.az