“Yaponiyanın milli çay mərasimi və Yaponiya mədəniyyətinin tərənnümü” mövzusunda tədbir keçirilıb
4.7.2017

“Sakura” Azərbaycan-Yaponiya İctimai Birliyinin (İB) təşəbbüsü və təşkilatçılığı ilə “Yaponiyanın milli çay mərasımı və Yaponiya mədəniyyətinin tərənnümü” mövzusunda tədbir keçirilıb.

İctimai Birlikdən bildiriblər ki, tədbirdə Yaponiya çay mərasimi, yapon rəqsi, oriqami, ikebana, eləcə də aikido, kendo, samuray döyüş oyunları göstərilib. Bundan başqa, Azərbaycan çay süfrəsi, milli şirniyyatlarımız, mürəbbələrimiz, qum üstündə incəsənət naxışlarının təsviri, milli rəqslərimiz nümayış olunub.

Təşkilatın sədri Təranə Hüseynova təmsil etdiyi qurumun son illərdə reallaşdırdığı layihələrdən söz açıb.

Həmçinin bildirib ki, tədbirin məqsədi Yaponiya mədəniyyətini Azərbaycan xalqına tanıtdırmaq, eyni zamanda, yaponiyalılara Azərbaycan mədəniyyətini təbliğ etməklə iki ölkə xalqları arasında ictimai-mədəni əlaqələri genişləndirməkdir.

Tədbirə Yaponiyada qonaq dəvət olunub. İlk dəfə Azərbaycana gələn və tədbirdə iştirak edən qonaq Kazuhiro Miyata Azərbaycan mədəniyyətini və çay süfrəsini, milli şirniyyat və mürəbbələrini dadanda bu ləzzətə valeh olduğunu, ölkəmizin çox dadlı çay və yeməklərinin olduğunu söyləyib.

Tədbirdə Yaponiyanın Azərbaycandakı səfirliyinin, beynəlxalq və yerli təşkilatların, qeyri-hökumət təşkilatlarının nümayəndələri, yapon dilində tədris alan tələbələr iştirak ediblər.

azertag.az