Polad Bülbüloğlu: "Azərbaycanın YUNESKO-nun ən kəskin problemlərinə töhfə vermək bacarığını yüksək qiymətləndirirəm"
3.7.2017

"Azərbaycanın və onun nümayəndəsi kimi özümün bu gün qlobal səviyyədə qarşılaşdığımız və YUNESKO-nun səlahiyyətləri sahəsi ilə bağlı ən kəskin problemlərə fəal töhfə vermək bacarığını yüksək qiymətləndirirəm".
Bunu TASS-a müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru olmaq şanslarını dəyərləndirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın Mədəniyyət Nazirliyinin rəhbəri olduğu dövrdə, eləcə də TÜRKSOY-da fəaliyyət əsnasında böhran meneceri kimi, həmçinin münaqişə vəziyyətlərində humanitar təşəbbüslərin təşəbbüskarı və onları yerinə yetirən şəxs kimi, o, qiymətli təcrübə qazanıb. P.Bülbüloğlunun fikrincə, belə təcrübə və bacarıqlarının olması onun özünü YUNESKO üçün yararlı namizəd hesab etməsinə imkan verir.
"Şans isə bütün layiqli namizədlərdə var. Odur ki, seçkiləri gözləyək", - P.Bülbüloğlu bildirib.
YUNESKO-nun strukturunda nəyi dəyişmək lazım olmasıyla bağlı sualı cavablandırarkən P.Bülbüloğlu qeyd edib ki, YUNESKO-nun öhdəsindən gəlməli olduğu əsas çağırış maliyyələşmənin qıtlığı şəraitində fəaliyyətinin səmərəliliyini artırmaqdır: "Təhsil, elm və mədəniyyətə cavabdeh olan nəhəng beynəlxalq strukturun bəzi məsələləri həddindən artıq siyasiləşdirilməsi bu problemin həllini çox çətinləşdirir. Məncə, ilk növbədə YUNESKO-da siyasi mübahisələrdən maksimum uzaq tam humanitar ruhu bərpa etməliyik".
Onun sözlərinə görə, YUNESKO fəaliyyəti zamanı mandatına uyğun prioritetlərə əməl etməlidir: "Böyük təcrübə və biliklərə malik nüfuzlu fiqurların potensialından istifadə etmək vacibdir. Bununla ortaq balanslı fikirə gələ və qarşıya qoyulan məsələlərin həllinə başlaya bilərik".
Xatırladaq ki, mart ayında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizəd olub. Seçkilər bu ilin payızında keçiriləcək.

report.az