Milli Arxiv İdarəsi arxiv işi sahəsində yeniliklərini davam etdirir
3.7.2017

Milli Arxiv İdarəsi arxiv işi sahəsində müstəqil dövlətə məxsus qanunvericilik aktlarının təkmilləşdirilməsi və yeni normativ hüquqi aktların hazırlanması istiqamətində fəaliyyətini davam etdirir.

İdarədən bildirilib ki, qurumun rəhbərliyinin əmri ilə yaradılan işçi qrupu bu günlərdə ölkəmizin arxiv quruculuğu tarixində ilk dəfə olaraq “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair Təlimat”ın layihəsini hazırlanıb.

Təlimat Milli Arxiv İdarəsi kollegiyasının qərarı ilə təsdiq edilib və Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Bu təlimat dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkili, arxiv fondu sənədlərinin mühafizəsi, komplektəşdirilməsi, uçotu, istifadəsi və dövlət mühafizəsinə təhvil verilməsi qaydalarını müəyyən edən normativ hüquqi sənəddir.

azertag.az