Azərbaycanın aparıcı turizm şirkətinə yeni direktor təyin edilib
3.7.2017

"Silkway Travel" MMC-yə yeni direktor təyin edilib.
Şirkətdən verilən məlumata görə, bu, Niyazi Həsənovdur.
O, yeni vəzifəsində ötən ayın əvvəlində vəfat etmiş Şirzad Əfəndiyevi əvəz edib.
Xatırladaq ki, "Silkway Travel" 2008-ci ildən "Silkway Holding" MMC-nin tərkibində fəaliyyət göstərir. Şirkət "Azərbaycan Hava Yolları" QSC-nin aviabilet satışı üzrə eksklüziv agentidir.

report.az