"Şur" filminin 50 illik yubileyinə həsr olunmuş bədii-musiqili gecə keçiriləcək
3.7.2017

4 iyul saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası, Mədəniyyət kanalı və Azərbaycan Radiosunun təşkilatçılığı ilə “Şur” filminin 50 illik yubileyinə həsr olunmuş bədii-musiqili gecə keçiriləcək.

Gecədə əməkdar artistlər Azad Şükürov, Nuriyyə Hüseynova, Fehruz Səxavət, Səbuhi İbayev, xanəndələr Aytən Məhərrəmova, Abgül Mirzəliyev, Ayşən Mehdiyeva və başqaları iştirak edəcəklər.

Filmin yaradıcı heyəti və iştirakçıları filmin yaranması, çəkiliş prosesləri ilə bağlı xatirələrini tamaşaçılarla bölüşəcəklər.

trend.az