"Yay Əyləncəsi" - Kids Fashion Show yarışı keçiriləcək
3.7.2017

İyulun 9-da "Boulevard” otelində “Star Kids Group” şirkətinin təşkilatçılığı ilə “Yay Əyləncəsi” adlı Kids Fashion Show yarışı keçiriləcək.

Müsabiqədə 4-14 yaş arasında uşaqlar iştirak edəcək. Tədbirdə 68 model və 24 modelyer iştirak edir. Modellərin 41-i qız, 27-i oğlandır. Layihə rəhbəri - “Star Kids Group MMC” şirkətinin direktoru Aygün Əliyevadır.

trend.az