"Nar" xüsusi rouminq tarifləri təklif edir
30.6.2017

Yay mövsümü ilə əlaqədar öz abunəçilərinin artan rabitə və mobil internet ehtiyaclarını qarşılamaq üçün “Nar” rouminq tariflərini "Tətil" paketləri ilə daha sərfəli edib.
Mobil operatorun təqdim etdiyi “Tətil” paketləri qonşu ölkələrə, xüsusilə də Gürcüstana səyahət edənlər üçün daha əlverişlidir.
Təklif çərçivəsində 200 Mb həcmindəki “Tətil-2” və 600 Mb həcmindəki “Tətil-5” paketlərinin qiyməti müvafiq olaraq 2 və 5 manat təşkil edir.
Təklif “Nar” operatorunun 30 sentyabr 2017-ci il tarixinədək davam edəcək “Tətil” kampaniyası çərçivəsində verilir və ABŞ, İsrail, Ukrayna, İran, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan kimi ölkələri də əhatə edir. “Tətil-2” paketinə qoşulmaq üçün *777#102#YES, “Tətil-5” paketinə qoşulmaq üçün *777#105#YES, paketdaxili internet balansını yoxlamaq üçün isə *777#20#YES kodunu yığmaq kifayətdir.


report.az