Rusiyadan Azərbaycana YENİ AVİAREYSLƏR açılacaq
30.6.2017

Rusiyanın "Red Wings Airlines" aviaşirkəti Azərbaycana uçuşların həyata keçirilməsi üçün icazə alıb.

Bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin protokoluna istinadən məlumat verilir.

Protokolda qeyd olunur ki, aviaşirkət hər biri həftədə iki dəfə olmaqla, Voronej-Bakı, Krasnoyarsk-Bakı və Ufa-Bakı reysləri üzrə uçuşlar həyata keçirə bilər.

trend.az