Prezident İlham Əliyev DİN-in 4 polkovnikinə general-mayor ali xüsusi rütbəsi verib - SİYAHI
30.6.2017

Azərbaycan Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilib:
Polis polkovniki Arzu Arif oğlu Daşdəmirov, polis polkovniki Emil Ramil oğlu Usubov, polis polkovniki Oqtay Əsgər oğlu Kərimov və polis polkovniki Səfər Hüseyn oğlu Əliyev.

report.az