Azərbaycanın əməkdar artisti Bişkekdə klassik musiqi festivalında iştirak edir
30.6.2017

Azərbaycanın əməkdar artisti, dirijor Əyyub Quliyev Bişkekdə "Tengri Music" klassik musiqi festivalında iştirak edir.
"Veçernıy Bişkek"ə istinadən xəbər verilir ki, festivala həmçinin Avropa İttifaqı ölkələrindən, Qazaxıstan, Rusiya, ABŞ və Türkiyədən tanınmış musiqiçilər qatılıblar.
Festivalın qonaqları Cüzeppe Verdi, Spiros Murikis kimi bəstəkarların məşhur əsərlərini, eləcə də iştirakçı ölkələrin milli kompozisiyalarını dinləmək imkanı əldə ediblər.

report.az