Ağdamda 12 min 600 ton taxıl tədarük edilib
29.6.2017

Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda taxıl biçini davam edir.

Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Allahverən Əliyev bildirib ki, 2086 hektarda arpa, 1500 hektarda buğda biçilib, 12 min 600 ton məhsul tədarük edilib. Hər hektarın orta məhsuldarlığı buğda sahələrində 38,3 sentner, arpa zəmilərində isə 33,7 sentnerdir.

Qeyd edək ki, cari ildə Ağdamda 13 min 335 hektar sahədə taxıl becərilib. Bunun 10 min 262 hektarı buğda, 3073 hektarı isə arpa zəmiləridir.

azertag.az