Bakı Ali Neft Məktəbinin fəaliyyəti beynəlxalq KİV-də geniş işıqlandırılıb
9.6.2017

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin İtaliyanın məşhur "Maire Tecnimont" şirkətlər qrupunun Azərbaycandakı nümayəndəliyi "KT-Kinetics Technology" şirkətində keçdiyi uğurlu istehsalat təcrübəsi Azərbaycan mediası ilə yanaşı, beynəlxalq medianın diqqətini çəkib.
Bu barədə Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Belə ki, tədbir haqqında məlumat ingilis, fransız və italyan dillərində "Maire Tecnimont" və "KT-Kinetics Technology SpA" şirkətlərin rəsmi saytlarında, həmçinin bir sıra beynəlxalq informasiya agentliklərdə, o cümlədən "ICPortaledell", "Industria Chimica", "Milano Finanza", ADVN, "Agenzia Giornalistica Repubblica", "News Reality", "Business News World", "24h Gold" və "Online News Planet" qəzetlərində də dərc olunub.
Xatırladaq ki, Ali Məktəbin Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan 5-ci kurs tələbələri Amail Məmmədova, Riyad Baxşiyev və Sənan İbrahimova sertifikatın təntənəli təltif etmə mərasimində BANM-in rektoru Elmar Qasımov, "Maire Tecnimont Group"un sədri Fabrizio di Amato, şirkətin icraçı direktoru Perroberto Folgiero, Xüsusi təşəbbüslər və regionda koordinasiya üzrə birinci vitse-prezidenti, Rusiya və Xəzər regionu üzrə vitse-prezidenti Canni Bardazzi, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Karlo Nicolais, o cümlədən "KT-Kinetics Technology" şirkətinin kommersiya məsələləri üzrə vitse-prezidenti Andrea Vena, Bakıdakı nümayəndəliyinin rəhbəri Nikolo Heilpern, İnsan resursları üzrə meneceri Aida Bəşirova və Ali Məktəbin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

report.az