“Azəriqaz” “ASAN xidmət” vasitəsi ilə 50 mindən çox istehlakçıya xidmət edib
8.6.2017

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi yanvar-may ayları ərzində ölkə ərazisində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.
İlin 5 ayında Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Komunal” mərkəzinə, eləcə də səyyar ASAN vasitəsi ilə və 1, 2, 3, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə, həmçinin, Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 50058 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin olunub.
“İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək”, - deyə məlumatda bildirilib.


report.az