Gənc estrada ifaçılarının “Odlar ölkəsi” adlı konserti
8.6.2017

İyunun 7-də R.Behbudov adına Dövlət Mahnı Teatrında gənc estrada ifaçılarının “Odlar ölkəsi” adlı konserti keçirilib.

Konsert Azərbaycan televiziyasının “Mədəniyyət” kanalının və Azərbaycan radiosunun təşkilatçılığı ilə baş tutub.

Konsertdə Bakı Musiqi Akademiyasının, Milli Konservatoriyanın, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak edib.

Konsert proqramında Sərxan Cəfərov, Şövqi Əmrahov, Nigar Xəlili, Tural Xəlilzadə, Şəfiqə Abbasova, Sevinc Cavadova, Səfa Eldar, Fərəh Həsənzadə, İradə Musayeva, Emin İsmayılov, Bəsti Qasımova, Leyla Əmrahova və digərləri çıxış ediblər.

Konsert boyu gənc müğənniləri Tofiq Əhmədov adına Estrada Simfonik Orkestrinin kiçik heyəti müşayiət edib.


azertag.az