Azərbaycan teatrında ilk dəfə: “Min möhtəşəm Günəş”
7.6.2017

İyunun 7-də Azərbaycan teatrı tarixində ilk dəfə olaraq C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının quruluşunda görkəmli əfqan yazıçı Xalid Hüseyninin dünya miqyaslı bestselleri əsasında səhnələşdirilən “Min möhtəşəm Günəş” adlı ikihissəli dramı oynanılacaq.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, layihənin rəhbəri və tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, rəssam Məhsəti Eldarovadır.

Əsər Əfqanıstan müharibəsinin qurbanı olmuş iki qadının həyat hekayəsi fonunda mövcudluq uğrunda cəmiyyətlə, həyatla dramatik savaşıdır.

Rollarda Əməkdar artist Vaqif Kərimov, aktyorlar Əjdər Zeynalov, Nigar Mirzəyeva, Məryəm Qələndərova, Səmayə İsmayılova, Əhliman Ərşadlı, Natiq Həziyev, Niyaməddin Səfərəliyev, Əmrulla Nurullayev, Rövşən Cəfərov, Ceyhun Əliyev, Şəbnəm Cəbrayılova, Zülfiyyə İsmayılova, Sevinc Hüseynova və başqaları çıxış edəcəklər.

Tamaşa Rus Dram Teatrının səhnəsində təqdim olunacaq.


Oxu.Az