Azərbaycan - Şimali İrlandiya oyununa nə qədər bilet satılıb?
6.6.2017

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Şimali İrlandiya oyununa satılan biletlərin sayı açıqlanıb.

AFFA-ya istinadən verilən məlumata görə, oyuna artıq 15.800 bilet satılıb.

Biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 4 və 5 manat təşkil edir. VIP sektorda yerlərin qiyməti isə 25 manatdır.

Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya oyunu iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

trend