İmtahan nəticələrinin açıqlanacağı vaxt məlum oldu
5.6.2017

Dövlət İmtahan Mərkəzinin (DİM) iyunun 3-də keçirdiyi SAT imtahanının nəticələri iyulun 12-də açıqlanacaq.

Mərkəzdən verilən məlumata görə, DİM-də iyunun 3-də növbəti SAT imtahanı keçirilib.

İmtahanlar DİM-in inzibati binasında təşkil olunmaqla təlimata təşkil olunub. İmtahanlarda 10 nəfərin iştirakı nəzərdə tutulsa da, 8 nəfər iştirak edib. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahan nəticələrinin iyulun 12-də elan olunması gözlənilir. Nəticələrlə https://sat.collegeboard.org/scores linkində tanış olmaq mümkün olacaq.

trend