Gənc şair və yazıçılar Mikayil Müşfiqin rəmzi məzarına - Xəzər dənizinə gül səpiblər
5.6.2017

Mayın 5-də Azərbaycan Yazıçılar Birliyi və Ədəbi Gənclər Birliyinin təşkilatçılığı ilə şair Mikayıl Müşfiqin anım günü keçirilib. Mərasimdə respublikanın tanınmış qələm sahibləri, ictimaiyyət nümayəndələri, musiqiçilər və başqaları iştirak ediblər.

Əvvəlcə M.Müşfiqin həyat və yaradıcılığı barədə məlumat verilib, qonaqlar Müşfiq poeziyasının məziyyətlərindən, ona olan ümumxalq məhəbbətdən danışıblar.

Sonra tədbir iştirakçıları Xəzərin sahilinə gələrək, dənizə tər qərənfillər səpiblər. Xatirəsi ürəklərdə olan şairin məzarı bilinmədiyi üçün hər il olduğu kimi bu il də onun rəmzi məzarı olan Xəzər, təlatümlü illərin acı xatirəsini ürəyində saxlayırmış kimi sakit-sakit dalğalanırdı.

M.Müşfiqin xatirəsi isə əbədi ürəklərdə yuva qurub, sonsuzadək yaşayacaq!

azertag.az