Zooloqlar Göyçayda nar kollarını tədqiq edirlər
5.6.2017

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin bir qrup əməkdaşı Göyçayda ekspedisiyada olublar.

İnstitutdan bildiriblər ki, ekspedisiya müddətində rayon ərazisində fəaliyyət göstərən “AzNar” şirkətinin müxtəlif yaşlarda olan nar bağlarında müşahidələr aparılıb və uyğun stasionar sahələr seçilib. Ərazidəki ot bitkilərindən, eləcə də göbələk və virus xəstəlikləri qeydə alınan nar kollarının oduncaqlarından nümunələr götürülüb.

azertag.az