Çində dünyanın ən sürətli lifti quraşdırılıb
5.6.2017

Çində dünyanın ən sürətli lifti quraşdırılıb.

Yüksək sürətli lift Quançjou şəhərində yerləşən "CTF Finance Center" biznes mərkəzinin binasında quraşdırılıb. Saatda 75,6 kilometr maksimal sürətlə hərəkət edən lift ən sonuncu mərtəbəyədək olan 530 metr məsafəni 25 saniyəyə qət edir. Qeyri-adi liftin maksimal sürəti sınaq prosesində qeydə alınıb.

Yeni liftin maraqlı cəhəti onun daha sürətli enməyi deyil, qalxmağıdır. Belə ki, liftlə maksimal hündürlükdən cəmi bir dəqiqə ərzində birinci mərtəbəyə enmək olar.

azertag.az