Yazıçı Rövşən Yerfinin yeni kitabının imza günü keçirilib
5.6.2017

Gənc Tamaşaçılar Teatrının qarşısında yazıçı Rövşən Yerfinin "Müqəssir" adlı yeni kitabının imza günü keçirilib.
Tədbirdə yazıçının oxucuları və sənət dostları iştirak edib.
R.Yerfi yeni əsərini alanlara əvvəlki kitablarından bir neçəsini hədiyyə edib. O, kitabları imzalayaraq oxuculara arzularını çatdırıb.
"Müqəssir" müəllifin 11-ci kitabıdır.



report.az