Uşaq Filarmoniyasının “Uşaqlardan uşaqlara” adlı konserti keçiriləcək
2.6.2017

Azərbaycan Dövlət Uşaq Filarmoniyası iyunun 7-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının səhnəsində konsert verəcək.
Filarmoniyanın mətbuat xidmətindən verilən məlumata görə proqram zəngin repertuarı, fərqli nömrələri ilə seçilir.
Konsert proqramında xalq rəqsləri, Azərbaycan bəstəkar əsərləri ilə yanaşı dünya xalqlarının rəqsləri də yer alacaq. Konsertdə rəqs ansamblı, kamera ansamblı, “Şəms” uşaq xoru, eləcə də Uşaq Xor Kapellasınının ifasında maraqlı çıxışlar gözlənilir.
Biletləri Azərbaycan Dövlət Uşaq Filarmoniyasından əldə etmək mümkündür.



report.az