Məleykə Abbaszadə Daşkəsəndə vətəndaşları qəbul edəcək
1.6.2017

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Daşkəsən rayonunda vətəndaşları qəbul edəcək.
DİM-dən verilən məlumata görə, Daşkəsən rayonunda keçiriləcək qəbulda Gəncə, Daşkəsən, Samux, Göygöl, Gədəbəy rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbul iyun ayının 8-də saat 10:00-da Daşkəsən rayon H.Əliyev Mərkəzində (ünvan: Daşkəsən şəhər, H.Əliyev meydanı) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Gəncə Regional Bölməsinə (ünvan: Gəncə şəhəri, H.Əliyev meydanı, inzibati bina ) müraciət etmələri (əlaqə tel.: (0222) 56-50-67) xahiş olunur.
Bundan əlavə, görüşdə iştirak etmək istəyənlər Daşkəsən, Samux, Göygöl, Gədəbəy rayon Təhsil Şöbələrində də 2017-ci il 01-07 iyun tarixlərində (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.



report.az