Şairə Xəzangül Hüseynovanın "Seçilmiş əsərlər"i çap olunub
31.5.2017

Bu yaxınlarda tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynovanın "Seçilmiş əsərlər"i işıq üzü görüb.

Kitabda şairin şeirləri, poema və pyesləri oxuculara ərməğan olunur.

Qeyd edək ki, Gəncə şəhərində yaşayıb-yaradan şairə Xəzangül Hüseynova 8 kitabın müəllifidir. Bu, müəllifin sayca 9-cu kitabıdır.

Ötən əsrin 70-ci illərindən şeirləri çap olunan şairə Xəzangül 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2008-ci ildən isə Türkiyə-Avrasiya Yazarlar Birliyinin üzvüdür.

“Məhəbbətin qənimi” adlı mənzum pyesi Gəncə şəhərində C.Cabbarlı adına Dram Teatrında tamaşaya qoyulub, Türkiyə teatrında da nümayiş etdirilib.

trend