Heydər Əliyev Sarayında möhtəşəm bayram konserti
30.5.2017

Mayın 29-da Heydər Əliyev Sarayı, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Pillə” adlı bayram konserti keçirilib.

İdarənin İnformasiya və İctimaiyyətlə Əlaqələr sektorundan verilən məlumata görə, İdarənin nəzdində olan Bakı şəhər uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin iştirakı ilə möhtəşəm konsert proqramı ilə çıxış ediblər:

Musiqi məktəblərinin ifasında Qara Qarayev - “Yeddi gözəl” baletindən vals, “Qarabağ şikəstəsi”, Arif Məlikov - “Süita” II hissə , "Şirvan kompozisiyası, Üzeyir Hacıbəyli - “Arşın mal alan” operettasından uvertüra , Müslüm Maqomayev - “Sinyaya veçnost”, Tofiq Quliyev – “Zibeydə”, Sevil Əliyeva - “Ana”, Maxglaner - “Zigeuner-Marsch” Dmitriy Saratskiy - "Me and my guitar", Pyotr İlyiç Çaykovskiy - “Sentimental vals”, Robertino Loretti – "Camayka", Dino Fekaris – “I will survive”, Qlen Miller – “İn the mood" kimi əsərlər təqdim olunub.

Bayram konserti Heydər Əliyev Sarayında saat 19.00-da baş tutub.


trend.az