Rəşad Sadiqov "Zirə"yə keçdi
30.5.2017

Növbəti mövsümə hazırlığı davam etdirən “Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.

Klubun saytına istinadən məlumat verilir ki, təcrübəli futbolçu Rəşad Sadiqov “qartallar”ın sıralarına qoşulub. R.Sadiqovla bir illik müqaviləyə imza atılıb.

Karyerası ərzində “Şəfa”, “Qarabağ”, “Neftçi”, MOİK, “Xəzər Lənkəran” və “Qəbələ” klublarının formasını geyən Rəşad milli komandamızda da çıxış edib.

trend