"Technol" Xəzər Neft-Qaz Sərgisində iştirak edəcək
30.5.2017

"Baku Expo Center"də keçiriləcək Beynəlxalq Xəzər Neft-Qaz Sərgisində ("Caspian Oil&Gas-2017") ilk dəfə Azərbaycan mühərrik yağları ilə təmsil olunacaq.
Sərgi mayın 31-də başlayacaq və iyunun 3-də başa çatacaq.
Dünyanın bir sıra tanınmış neft və qaz şirkətlərinin iştirak edəcəyi sərgidə Azərbaycanın ilk mühərrik və sənaye yağları istehsalçısı olan "Technol"un da məhsulları sərgilənəcək.
Qeyd edək ki, 90-a yaxın çeşiddə mühərrik və sənaye yağları istehsal edən "Technol" məhsulları sərgi mərkəzinin ikinci zalında 2120 saylı stenddə nümayiş olunacaq.

report.az