“Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqres iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
26.5.2017

Mayın 26-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresi öz işinə başlayıb.

Əvvəlcə konqres iştirakçıları Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn konqres iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər.



azertag.az