Naxçıvanlı rəssamın sənət əsərləri Bakıda sərgilənir
25.5.2017

Bakı Xətai Sənət Mərkəzində tanınmış rəssam Sabir Məmmədovun “Naxçıvan etüdləri” adlı rəsm sərgisi açılıb.

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Naxçıvan Rəssamlar Birliyi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən sərgidə rəssamın sulu boya ilə işlədiyi sənət əsərləri nümayiş olunub.

Üç gün davam edəcək sərginin ekspozisiyası ilə hər kəs tanış ola bilər.


azertag.az