Bakı Musiqi Akademiyasında Şərqi Avropa bəstəkarlarının əsərləri səsləndirilib
25.5.2017

Mayın 25-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “Şərqi Avropada gəzinti” adlı konsert proqramı təşkil edilib.

BMA-dan bildirilib ki, ali təhsil ocağının tələbə və müəllim heyətinin iştirakı ilə baş tutan konsertdə Şərqi Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

Bir-birindən parlaq klassik ifaların müraciət olunduğu konsert proqramı maraqla qarşılanıb.



azertag.az