Niyazinin ev-muzeyində növbəti tədbir uşaqlara həsr ediləcək
25.5.2017

İyunun 1-də Niyazinin ev-muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Musiqili fidanlar” adlı tədbir keçiriləcək.
Tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və R.Babayev adına 25 nömrəli on bir illik musiqi məktəbinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək. Tədbir çərçivəsində uşaqların cəmiyyətdəki rolu, onların hər zaman müdafiə edilməsi, habelə cəmiyyətdə uşaqlara xüsusi qayğının göstərilməsi mövzularından danışılacaq.

Həmçinin, tədbirdə ədəbi-bədii kompozisiyalar təqdim ediləcək, uşaqların ifasında mahnı və şeirlər səslənəcək.



azertag.az