Teatr Xadimləri İttifaqı yeni tamaşanın premyerasına hazırlaşır
24.5.2017

Mayın 25-də Azərbaycan Teatr Xadimləri İttifaqında mərhum dramaturq Rövşən Ağayevin “Sonluğun sonu” adlı əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olacaq.

Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə nümayiş olunacaq səhnə əsərinin quruluşçu rejissoru və rəssamı Asiman Ağa Rövşəndir.

Aktrisa Güşvər Şərifovanın iştirak edəcəyi monotamaşada tənha, qoca və xəstə qadının birgünlük yaşam tərzinin vizual görüntüsü və onun acı etirafları ön planda təqdim edilir.

azertag.az