Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb
23.5.2017

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 21-26 dərəcə isti, Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəck.
Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, mayın 25-də arabir güclənən küləkli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 13-17 dərəcə isti olacağı gözlənilir.

report.az